Dilan Polatın 4 il əvvəl çəkdirdiyi foto QALMAQALA SƏBƏB OLDU
16 noyabr 2023 13:58 (UTC +04:00)

Dilan Polatın 4 il əvvəl çəkdirdiyi foto QALMAQALA SƏBƏB OLDU

Çirkli pulların yuyulması eləcə də vergidən yayınma ittihamı ilə həbs edilən Engin və Dilan Polat cütlüyünün 4 il əvvəl fenomen dostları ilə çəkdirdikləri foto gündəm mövzusu olub. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Dilan Polatın 2019-cu ildə çəkdiyi fotoda Merve Nur Akyüz, İleyda Topal, Tolunay Topal, Kenan Öztürk, Eylül Öztürk, Nez Demir, Yasemin Yiğit və həyat yoldaşı Murat Yiğit gözəllik mərkəzləri açıblar.

2017 və 2019-cu illərdə sosial media hesablarında orta səviyyədə həyat sürdükləri əks olunan fenomenlər qısa zamanda dəbdəbəli həyata sahib olublar. Həmçinin masada əyləşənlərdən İleyda Topal və Tolunay Topalın Dilan Polatın gözəllik mərkəzlərindən birinin şöbəsini idarə etdikləri məlum olub. Topal cütlüyünün sosial media hesablarında 2018-ci ilə qədər ortasəviyyəli həyat yaşadıqları görünsə də, son zamanlar lüks həyat paylaşımları ilə diqqət çəkiblər.

Masadakı Merve Nur Akyüz və Yavuz Selim Korkut cütlüyü isə Karabük, Sakarya və İstanbulda Dilan Polata məxsus şöbələri idarə edirlər. Bu insanların da digərləri kimi, 2017-ci ildən sonra birdən-birə varlandığı deyilir.

Fotodakı digər cütlük Yasemin Yiğit və əri Murat Yiğitin də Dilan Polatın Bakırköy və Kocaeli Gebze filiallarını satın aldıqları qeyd edilir. Onlar da 2018-ci ildə normal həyat yaşadıqları halda birdən-birə varlanıblar.

Xatırladaq ki, məşhur cütlük çirkli pulların yuyulması, vergi qanununun pozulması, qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar. Noyabrın 1-də mərkəzi İstanbul olan 6 vilayətdə keçirilən əməliyyatda Dilan Polat və əri Engin Polat başda olmaqla 17 şübhəli saxlanılıb. İstintaq çərçivəsində şirkətlərində aparılan axtarışlar zamanı rəqəmsal materiallar və sənədlər ələ keçirilən şübhəlilərlə bağlı Maliyyə Cinayətlərini İstintaq İdarəsi (MASAK) tərəfindən ilkin istintaq hesabatı hazırlanıb.

Qeyd edək ki, kişi və qadın gözəllik salonları zənciri olan Dilan Polat instagram və "TikTok"da dəbdəbəli həyatını sərgiləmək, bahalı maşınlar və ad günləri keçirməklə gündəmə gəlib. Onun davranışları sosial mediada daim müzakirə və tənqid olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5916
avatar

Arzu Qurbanlı

Oxşar yazılar