Ceki Çan  lezbiyan qızından   imtina etdi
06 iyul 2023 19:14 (UTC +04:00)

Ceki Çan lezbiyan qızından imtina etdi

Dünyaca məşhur aktyor Ceki Çan qızından imtina edib.

Lent.az xarici mediyaya əsasən bildirir ki, aktyor izləyiciləri tərəfindən tənqid atəşinə tutulub. Onun "Səyahət" filmində qızını qucaqlayaraq ağlamasına pərəstişkarları çox təsirləniblər, lakin sonra Çanın sevgilisi olduğu vaxtlarda   qızı Ettadan ayrıldığını xatırlayıblar. 

Aktyorun lezbiyan qızı Etta Vu Zholin ilə ünsiyyət qurmadığı məlum olub. Bu barədə qızın özü 2017-ci ildə sevgilisi ilə video yayımlayanda danışıb. Ettanın sözlərinə görə, Çan heç vaxt onun tərbiyəsi ilə məşğul olmayıb.
 
"O, mənim bioloji atamdır, amma həyatımda yoxdur. Mən onu heç vaxt ata hesab etməyəcəyəm. Nə qədər ki, anam yanımdadır, mənə ata lazım deyil", - o bildirib.

Ceki Çan da “Never Grow Up” adlı memuarında qızı haqqında yazıb. O qeyd edib ki, anası üzündən onunla ünsiyyət qurmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11604
avatar

Xədicə Novruzova

Oxşar yazılar