Əməkdar artist Cavanşir Məmmədovun başı qalmaqallardan açılmır. Onun bu günlərdə yayılan borc qalmaqalına yeni biri də əlavə olunub.
Cavanşir Məmmədovun qızı Xatirənin keçmiş sevgilisi olduğunu iddia edən Kemal Mustafa "Təsir dairəsi" verilişinə çıxaraq kömək istəyib. Əməkdar artsit Mustafanın ondan külli miqdarda pul aldığını söyləyib. Mustafa isə pulları özünün yox, Xatirənin aldığını iddia edib. Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbilin onu aldatdığını bildirib.
Lent.az-ın xəbərinə görə, “Təsir dairəsi”ndə Cavanşir Məmmədovla bağlı qaynar müzakirələrə qatılan yaşlı xanıma “Nə gündəsən. Gözlərinə göy çəkmisən, ayıb olsun” deyən müğənnini həmin xanım məhkəməyə verib.
“Millət mənim gözüm üçün ölür. Mən qadınam, bəzənirəm, Cavanşir paxıllıq edib, təhqir etdi. Cavanşir hamının gözü önündə məndən və nəslimdən üzr istəməsə, bağışlamayacam, sona qədər də haqqımı tələb edəcəm. O məni təhqir edib”, - həmin xanım bildirib.
Cavanşir Məmmədov isə buna cavab olaraq çox qəzəbli şəkildə “demişəm, çox əcəb eləyib demişəm” deyib.
O, xanıma doğru hərəkət edərək, onu hədələyib, əl qaldırmaq istəyib, yaranmış qalmaqalın daha da şiddətlənməməsi üçün digər tamaşaçılar onları ayırıblar.