Məşhur müğənni Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi bəlli olub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Puqaçova vəsiyyətnamə hazırlamaq və sənədlər toplamaq üçün Rusiyaya qayıdıb.
Puqaçovanın bütün əmlakını gənc varislərə vəsiyyət etdiyi bildirilir. Ancaq qanuni olaraq, Moskva yaxınlığındakı Qryaz kəndindəki mülkün sahibi onun əri, şoumen və aparıcı Maksim Qalkindir.