Prodüser Təranə Səmədova sosial şəbəkədə onu tənqid edənlərə cavab verib.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, o, izləyicilərini polislə hədələyib:
"O, "eybəcərsən" yazanlar, "səndən zəhləm gedir" deyənlər, arada bir güzgüyə baxın. Dərindən düşünün, görün, Allah sizi ideal yaradıb. Empati edin görün sizin özünüzə bu sözləri yazsalar ürəyinizcə olarmı?
Sonra "Mən səni təhqir etmirəm, tənqid edirəm" yazıb, amma yenə də təhqir yazanlar, görəsən yazdığınızı məhkəmə ptedmetinə çevirib səlahiyyətli orqanlara müraciət etsəm nə olar? Gəlib cərimə ödəməli olub, üzərindən də üzr istəsəniz, evə gedəndə bir də güzgüyə baxıb özünüz-özünüzü təhqir etməli olmayacaqsınızmı? Bu suallar məni boş buraxmır".