Azərbaycanın ilk onlayn səs yarışması olan “Cover Man” artıq yarımfinal mərhələsindədir.
Lent.az xəbər verir ki, seçilmiş 10 iştirakçıdan 5-i münsiflər tərəfindən, 5 iştirakçı isə bəyənmə sayına görə seçilib. Artıq yarışmanın həlledici günləri yaşanır.
Yarışmanın münsifləri iştirakçılar haqqında öz fikirləri söyləyərək tamaşaçılara müraciət ediblər. Gənclərə dəstək olmağa səsləyən sənətçilər eyni zamanda, səs analizi apararaq iştirakçılar haqqında müqayisəli fikirlərini də bildiriblər.
Qeyd edək ki, öz səsinə güvənən və istedadını geniş kütləyə çatdırmaq istəyən 18 yaşından yuxarı şəxslərin iştirak etdiyi layihənin məqsədi istedadı olan amma geniş kütle qarşına çıxmağa imkanları olmayan gənclərə dəstək olmaqdır. Yarımfinala qalan 10 nəfərdən 5-i yanlız tamaşaçıların bəyənmə sayı ilə finala qalacaqlar.
Müsabiqənin qalibi klip və mahnı ilə mükafatlanacaq.
Onu da qeyd edək ki, Lent.az yarışmanın informasiya dəstəkçisidir.