Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bu il Azərbaycan Milli Konservatoriyasına qəbul olub.
Bu barədə musiqiçi ARB kanalında yayımlanan “Söhbət var” verilişində danışıb:
“Mənim 35 yaşım var. Bu il Azərbaycan Milli Konservatoriyasına qəbul olmuşam. 1-ci kurs tələbəsiyəm. Musiqini dərindən öyrənmək üçün təhsil almaq qərarına gəldim”.
(Axşam.az)