Dmitri İvanovdan boşanmaq istəyən rusiyalı müğənni Lolita Milavskayanın planlarını bu dəfə dünyada sürətlə yayılmağa davam edən koronavirus pozub.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu gün cütlüyün ayrılması ilə bağlı keçirilməsi gözlənilən məhkəmə prosesi martın 27-ə təyin olunub.
Buna səbəb isə, Dmitri İvanovun bu yaxınlarda koronavirusun geniş yayıldığı İtaliyadan qayıtması olub. Virus şübhəsi ilə o, hazırda karantində saxlanılır.
Qeyd edək ki, Dmitri Lolitanın 5-ci əridir.