“Telman İsmayılovun kişi müğənnilərimizə tamah salmasına inanmıram” - MÜSAHİBƏ
Əliyev Tarix Tahir oğlu daha çox Tolik kimi tanınır. Müxtəlif müğənnilərlə prodüser kimi çalışan Tolik hələ bu müsahibədən əvvəl deyirdi ki, “Ciddi-Ciddi” rubrikasına danışan şou-biznes əhlinin çoxu öz cavabları ilə gülünc vəziyyətə düşüb. “Məndə isə belə olmayacaq”, - deyirdi. Beləliklə, Tolikin gülünc vəziyyətə düşüb-düşmədiyini öyrənmək istəyirsinizsə, müsahibəni oxuyun. Çünki o, Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına danışır.
- Siyasətlə nə qədər maraqlanırsınız?
- Siyasətə marağım Almaniyada yaşayanda olub. Həmin vaxt hətta Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayında da iştirak etmişəm. İndiyədək DAK-ın vəsiqəsi məndədir. Azərbaycanın xaricdə yaşayanlar üzrə komitəsinin (indiki Diasporla İş üzrə dövlət Komitəsi nəzərdə tutulur – Lent.az) Köln şəhərində keçirdiyi konqresində iştirak etmişəm. Komitənin sədri Nazim İbrahimov cənabları da orada idi. Həmin tədbirdə sənətçilərimiz Azərin xanım, İlhamə xanım, Habil Əliyevlə tanış olmuşdum.
- DAK-ın vəsiqəsini daşıdığınızı dediniz. Nə vəsiqədi elə?
- Qurultaya gedəndə vəsiqə verirdilər, oraya hərənin öz ad-familiyası yazılmışdı.
- Bu, DAK-ın hansı qurultayı idi, neçənci ildə keçirilirdi?
- Oy, mən qurultayın dəqiq tarixini deyə bilməyəcəm...
- Həmin qurultayda sədr postuna kim seçildi?
- Cavad Derəxti.
- DAK-ın iki yerə bölünməsindən xəbəriniz varmı?
- DAK səhv etmirəmsə qeyri-hökumət təşkilatıdır. Bu təşkilat iki yerə bölündü. İlhamə xanım əvvəlcə bu təşkilatın mədəniyyət şöbəsinin vitse-prezidenti idi, sonra prezidenti oldu. Həmin vaxt eşitdim ki, DAK iki yerə ayrılıb. Daha bundan başqa heç nə bilmirəm.
- Hansı DAK-ı qəbul edirsiniz?
- Hansı DAK bizim hökumətin siyasətini dəstəkləyirlərsə, onları da qəbul edirəm.
- İndi hansını qəbul edirsiniz? Paşa Qəlbinur...
- (sözümü kəsir) Sizcə hansını qəbul edə bilərəm, əlbəttə ki, bizim gözəl professorumuz olan Paşa Qəlbinuru... Dayan görüm, Paşa Qəlbinur DAK-ın sədri seçilib?
- Bu barədə heç bir xəbəriniz yoxdur?
- Xeyr, axı mən sizə dedim ki, Almaniyadan gələndən sonra bu təşkilatla heç bir ünsiyyətim olmayıb.
- Sizcə dünya azərbaycanlılarını həmrəy saymaq olarmı?
- Bugünkü günə baxsaq, xeyr, həmrəy saymaq olmaz. Başqa lobbilərlə – məsələn, yəhudi lobbilərilə müqayisədə zəifik.
- Başqa hansı siyasi proseslərdə iştirak etmisiniz və ya hansı siyasi proseslərlə maraqlanırsınız?
- Mən 2004-cü ilin dekabr ayının 30-u tarixindən Yen Azərbaycan Partiyasının üzvüyəm. Daha bəzi müğənnilər kimi – onlardan biri bu yaxınlarda Lent.az-a müsahibə də vermişdi – yatıb-yatıb indi ayılmayacağam ki, gedim ərizə hazırlayım. Hazırda partiyanın vəsiqəsi də üzərimdədir. Belə ki, Almaniyadan qayıdandan sonra partiyanın Xətai rayon təşkilatına ərizə verdim. Seçkilərdə də YAP-ın irəli sürdüyü namizədləri dəstəkləmişəm. Mən bu partiyanın siyasətini dəstəkləyirəm. Daha bir çoxları kimi yox. Onlar elə bilirlər ki, YAP-ın üzvü olan kimi onlara Əməkdar, Xalq artisti adını verəcəklər. Daha başa düşmürlər ki, partiya üzvü olmaq başqa bir şey, fəxri ad almaq tamam başqa bir şeydir. Ona görə də yaltaqlanmaq üçün edirlərsə, o partiyaya üzv olmaq lazım deyil. Gərək partiyanı seçəndə də elə seçəsən ki, məsələn, Allah eləməmiş 5 ildən sonra ölkədə çevriliş olsa (hakimiyyət dəyişikliyi nəzərdə tutulur – red.), problem yaşayanda da peşman olmayasan. Bunun üçün dərrakəli olmaq lazımdır. Bir şeyi də deyim, mənim atam heç bir partiyanın üzvü deyil, ancaq o da YAP-ı dəstəkləyir.
- Partiya üzvü kimi aylıq üzvlük haqqını ödəyirsinizmi?
- Yalandan nə deyim... Qanun var ki, qazancın 1 misli köçürülməlidir. Ancaq bir ildən çoxdur ora pul ödəmirəm.
Bu yaxınlarda YAP-ın bir tədbiri oldu. Mən onda zəng vurub öz etirazımı bildirdim ki, niyə YAP-a üzv olan şou-biznes əhlini qurultaylara, digər tədbirlərə çağırmırsınız. Mənə cavab gəldi ki, istədiyim vaxt ərizə yazıb keçirilən qurultaylarda, tədbirlərdə iştirak edə, onların gördüyü işlərlə maraqlana bilərəm.
- Ümumiyyətlə, YAP-ın hansısa iclaslarına qatılmısınızmı?
- Yox, qatılmıram.
- YAP rəhbərliyindən kimləri tanıyırsınız?
- Tanıdıqlarım var, adını bilirəm, amma familiyasını yox. Siyavuş müəllimi tanıyıram. YAP-ın üzvlərindən, deputatlarından da tanıyıram. Rövşən müəllimi tanıyıram, Göygöl şəhərindən deputat seçilib, familiyasını bilmirəm. Gəncədən deputat seçilən Aydın Abbasovu tanıyıram. Sonra,... Qənirə xanım Paşayeva...
- Qənirə Paşayeva YAP-ın üzvüdü?
- Üzvü deyil?
- Nə bilim... Suallara siz cavab verirsiz.
- Yox-yox səhv saldım... Sonra, İlhamə Quliyeva... Var da, ancaq çoxunun adı yadımdan çıxıb.
- YAP-ın məşhur “91-lər”indən kimləri tanıyırsınız?
- O siyahı ilə heç bir əlaqəm yoxdur, tanımıram.
- Bəs “91-lər”dən olan, sabiq mətbuat və informasiya naziri Sirus Təbrizlini necə, tanıyırsınızmı?
- Sirus Təbrizli... Yox, onu da tanımıram. Heç indiki naziri də tanımıram.
- Digər partiyalarla, üzvlərilə hansısa əlaqələriniz, münasibətləriniz olubmu?
- Mən Almaniyada İsa Qəmbərin qardaşı Rövşən Qəmbəri və onun həyat yoldaşını tanımışam. Onları da belə də uzaqdan tanımışam. Rövşən Qəmbər Almaniyada DAK-ın qurultayı keçirilən zaman Müsavatın tərəfindən çıxış edirdi. İndi, qardaşını atıb başqasını dəstəkləməyəcək ki.
- Sizcə siyasi əqidəni qardaşa görə seçmək olar?
- Məncə elə bir qanun da yoxdur ki, insan ailəsinə görə cavabdeh olsun. Məsələn, mən əgər sabah bir cinayət işlətsəm, buna görə valideynimi cəzalandıra bilməzlər, çünki bu mənim işlətdiyim günahdır. Yəni qardaşlar ayrı-ayrı siyasi partiyalarda da fəaliyyət göstərə bilər.
Ümumiyyətlə, son vaxtlarda çox sakitçilikdir. Məncə onlar (müxalifət nəzərdə tutulur – red.) da bilir ki, bu ölkəni inkişaf etdirmək, tanıtmaq, ən əsası da bizim böyük problemimiz olan Dağlıq Qarabağ məsələsini həll etmək hər bir insanın işidir. Ona görə də çəkiliblər qırağa.
- Yeri gəlmişkən, sizcə Qarabağ münaqişəsinin sonu necə olacaq?
- Bu yaxınlarda Köçəryan... (bir qədər düşünür). Ermənistanın prezidenti Köçəryandı da... Düz dedim?
- Yox, səhv dediniz.
- Adı yadımdan çıxıb eee...
- Serj Sərkisyan.
- Hə-hə, Sərkisyanın. Onun deməsi ki, “Ağdam heç vaxt ermənilərin olmayıb”, bu, onun qorxaqlığını göstərir. O, əgər Ağdamın Azərbaycanın olduğunu boynuna aldısa, yəqin çox keçməz ki, Azərbaycan xalqı sevinər.
- Bu məsələdə ATƏT-in Minsk qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Üç dənə kişidi, heç adlarını da dəqiq bilmirəm. Biri ağsaçlıdı, biri də Metyu Brayzadı.
- Bəs o biri?
- Onu bilmirəm. Metyu Brayzadan deyə bilərəm, o özünə piar kampaniyası edirdi ki, ay aman, mən Amerikanın Azərbaycandakı səfiri olacam. Sonra da çıxıb dedi ki, belə şeyləri düz bilmirəm. Əslində od olmayan yerdə tüstü çıxmaz. Əgər heç nə olmasaydı, niyə bu söz yayılırdı. Məncə burada da bir siyasət var.
- Bəs o dediyiniz “üç kişi”nin Qarabağ münaqişəsinin nizamlanmasında rolu nədən ibarətdir?
- Onlar yalnız görüşlər – ya prezidentlərin, ya da xarici işlər nazirlərinin - təyin edir. Ancaq məncə onların sözü o qədər də əhəmiyyət daşımır.
- Sizcə bu görüşlərin bir xeyri var?
- Əlbəttə var. Bu yaxınlarda Polad Bülbüloğlu, Siyavuş Kərimi kimi insanlar Qarabağa səfər ediblərsə və Ermənistan prezidentilə açıq-açığına görüşüblərsə, məncə irəliləyiş var.
- Sizə təklif olunsa Qarabağa gedərsinizmi?
- Niyə getmirəm?!
- Gedib neyləyəcəksiniz?
- Əlimə silah alıb vuruşa da bilməsəm, öyrənərəm, öyrənə də bilməsəm, ən azından əsgərlərimizi yeməklə təmin edərəm. Yəni heç olmasa, vətən qarşısında öz borcumu verim. Ancaq bəzi müğənnilərimiz var ki, kişi simasındadırlar, əsgərliyə də getməyiblər, dediklərimi də etməzlər. Düzdür, mən də əsgərliyə getməmişəm. Ancaq ona görə yox ki, qorxmuşam. Sadəcə, evin tək oğlu olduğumdan getməmişəm. Əvvəllər belə bir qanun vardı ki, tək uşaqları olanları əsgərliyə aparmırdılar.
- Azərbaycanın qonşu ölkələrlə münasibətlərini necə qiymətləndirirsiniz?
- Türkiyə Azərbaycanı dəstəkləyir. Ancaq hardasa da bu dəstəkləməyə görə peşmançılıq keçirir. Məsələn, Türkiyə prezidentinin İrəvana futbol izləməyə getməsi də sübut edir ki, onlar gah nala vurur, gah mıxa. İran böyük nə isə yaradırlar, atomdu-nədi. Onu yaratmaqla Amerika kimi ölkələri qorxu altına salıblar. Məncə, Azərbaycan istəməz ki, İranla ABŞ arasında nə isə baş versin. Çünki baş versə yenə də gəlib bizim üstümüzdən uçub bombalayacaqlar. Gürcüstana gəlincə,... Saakaşvilidi də. O, hakimiyyətdə olduğuna görə mitinqlərə çıxan xalqı təzyiq altında saxlayır, deyir, istəyirsiniz günlərlə ac qalın, məni çıxara bilməyəcəksiniz. Rusiya ilə mən bilən heç bir problemimiz yoxdur. Bircə məsələ ki, iş adamımız orada böyük bir problem yaradılıb. Bizim 222 insanımızın “Çerkizov” bazarında yoluxucu xəstəliklərə yoluxması millətimizin adına xələl gətirir. Çünki orada işləyənlərin 90%-i azərbaycanlılar idi. Məncə bu o özü də bir siyasətdir ki, istəyirlər xalqımızın adını pisə çıxarsınlar.
- Telman İsmayılovla şəxsi tanışlığınız yoxdur ki?
- Yox, heç vaxt! (gülür) Mənim onunla heç vaxt tanışlığım olmayıb. O insanı yalnız telefonlarda görmüşəm. Cenifer Lopes, Şakira kimi müğənnilərin onun tədbirində iştirak etməsi barədə süjetləri izləmişəm. Onunla tanışlığım olmasa da, mən o insanın qabağında baş əyərəm. Doğrudan da insan Azərbaycan xalqını nə qədər sevərmiş. Mən fəxr edirəm ki, bizim belə azərbaycanlılarımız var.
- Azərbaycanlı müğənnilər, xüsusən kişi müğənnilərin, hətta bir məşhur teleaparıcının da Telman İsmayılovla həddindən artıq yaxın münasibətdə olduğu deyilir...
- Mən bunu bilə bilmərəm axı. Çünki nə onun tədbirinə gedən müğənnilərlə işləməmişəm, nə şəxsi münasibətim olmayıb. Ancaq yenə də o cür adamın adının kişi müğənni ilə birlikdə çəkilməsi inandırıcı görünmür. Statistikaya əsasən, dünyada qadınlar kişilərdən çoxdur. Məncə, onun heç vaxt azərbaycanlı kişi müğənniyə ehtiyacı ola bilməz, tamahı düşməz. Çünki onun milyardları var. Mənə belə şeylər gülünc gəlir.

4359