"Müğənnidən çox şey umurlar. Əlimizdən gələn köməkliyi edirik. Bu gün elə müğənnilər var ki, həqiqətən köməyə ehtiyacı var".
Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Show news" verilişinə açıqlamasında deyib. Müğənni maddi sıxıntı yaşayan sənət adamlarından bəhs edib:
"Şou-proqramlarda çıxış edən müğənnilər var ki, onlar toy bazarında az-az iştirak edənlərdir. Onlar gücü şou proqrama veriblər və aylıq, günlük gəlirlə yaşayırdılar. Onların bu gün pula ehtiyacı var. Vasif, Manaf toya gedirdi, qazandığı ilə 5-6 ay dolana bilər.
Mənə nə qədər zəng edib, ehtiyacı olduğunu deyənlər var. Lazım gəlib yardım etmişəm. Yeri gəlsə, min manat da hədiyyə verərərm. Amma hədiyyə başqa, borc başqadır".