Zaqatala sakini Göyçayda öldürüldü - YENİLƏNİB
21 avqust 2024 00:10 (UTC +04:00)

Zaqatala sakini Göyçayda öldürüldü - YENİLƏNİB

Göyçayda avtomobilində meyiti tapılan şəxsin Zaqataladan olduğu məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən, 37 yaşlı Ramin Malxasov Zaqatalanın Yuxarı Tala kənd sakinidir. 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

Saat 21:20

Avqustun 20-də saat 16 radələrində Göyçay rayonunda avtomobildə üzərində xəsarət olan meyit aşkarlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a  bildirilib ki, araşdırmalarla həmin şəxsin 37 yaşlı Ramin Malxasov olduğu müəyyən edilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6894
avatar

Oxşar yazılar