Rusiya-Ukrayna danışıqları Bakıda  keçirilə bilər - İDDİA
20 avqust 2024 16:23 (UTC +04:00)

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - İDDİA

Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqları Bakıda keçirilə bilər.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu türkiyəli politoloq Engin Özer bildirib.

Kursk vilayətində baş verən hadisələrdən sonra Rusiya prezidenti Vladimir Putin “mülki əhaliyə, mülki infrastruktura fərq qoymadan zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan”larla danışıqlar aparmağı mümkünsüz adlandırıb.

Rusiya prezidenti onu da qeyd edib ki, Kiyev Kursk vilayətindəki hərəkətləri ilə danışıqlarda mövqelərini yaxşılaşdırmağa çalışır, lakin düşmən şübhəsiz ki, layiqli cavabını alacaq.

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri çox maraqlıdır. Azərbaycan prezidenti İlham Əliyevin Rusiya ilə balans siyasəti hamıya məlumdur. Digər tərəfdən, Bakı administrasiyası Qoşulmama Hərəkatının üzvüdür. Yaxın gələcəkdə Vladimir Zelenskinin Bakıya səfəri sürpriz olmayacaq. Hər iki tərəfin etibar edə biləcəyi Azərbaycan bu ilin sonunda baş tuta biləcək sülh danışıqları üçün çox yaxşı platforma yarada bilər”, - Engin Özer bildirib.

Analitikin fikrincə, Ukrayna münaqişəsinin həllində Türkiyənin vasitəçiliyi artıq aktual deyil.

“Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsi haqqında müqaviləyə əsasən, “Azov” batalyonunun döyüşçüləri müharibənin sonuna qədər Türkiyədə qalmalı idi. Ötən il iyulun 8-də Zelenskinin Türkiyəyə səfərindən sonra ukraynalı komandirlər Ukraynadakı xidmət məntəqələrinə qayıdıblar. Kobud desək, prezident Ərdoğan bu qərarla razılaşmanı pozub. Bu qərarla Türkiyə hökuməti həm qərəzsizliyinə, həm də inamına ciddi şübhələr yaradıb və faktiki olaraq ən çox Ukraynaya ziyan vurub. Ona görə də Ankaranın sülh sazişi üzrə vasitəçiliyi gündəmdə deyil”, - siyasətçi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774
avatar

Oxşar yazılar