Meymunçiçəyi nədir və necə yayılır? - RİSKLƏRİ İLƏ BAĞLI ARAŞDIRMA
20 avqust 2024 17:09 (UTC +04:00)

Meymunçiçəyi nədir və necə yayılır? - RİSKLƏRİ İLƏ BAĞLI ARAŞDIRMA

Son zamanlarda demək olar ki, əksər ölkələrdə meymunçiçəyi virusu yayılmağa başlayıb. Artıq Ümumdünya Səhiyyə Təşkilatı bu virusun təhlükəli vəziyyət alması ilə bağlı xəbərdarlıq edib.

Bəs, meymunçiçəyi virusu nədir?

Lent.az xəbər verir ki, meymunçiçəyi virusu ilk dəfə Afrika qitəsində yayılan, mpox virusudur. Bu virusa görə, hazırda Ümumdünya Səhiyyə Təşkilatı qlobal fövqəladə vəziyyət elan edib. Virus son illərdə ilk dəfə Afrikadan kənarda - İsveçdə aşkar edilib.

ÜST yaxın günlərdə Avropada meymunçiçəyinə yoluxma hallarının artacağını gözləyir.

Meymunçiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər.

Meymunçiçəyi virusunun mənbəyi haradır?

Bu infeksiyanın mənbəyi əsasən mərkəzi və qərbi Afrika ölkələrinin ucqar hissələrində, tropik yağış meşələrinin yaxınlığında yerləşir.

Meymunçiçəyi virusunun neçə növü var?

Virusun iki əsas növü var - Qərbi Afrika və Mərkəzi Afrika.

Britaniyada yoluxmuş xəstələrdən ikisi Nigeriyadan gələn şəxslərdir, buna görə də onlarda Qərbi Afrika ştamının olduğu güman edilir. Bu növün mülayim olduğu deyilir, hərçənd ki, bu, hələ rəsmən təsdiqlənməyib.

May ayından bəri Böyük Britaniyada 3,500-dən çox hal qeydə alınıb, lakin həssas qrupların peyvəndlənməsindən sonra, iyul ayından bəri yoluxma hallarının sayında azalma müşahidə edilir.

Təsirə məruz qalanların əksəriyyəti kişilərlə cinsi əlaqədə olan kişilər olub.

Meymunçiçəyi virusunun əlamətləri nələrdir?

Meymunçiyəyinə yoluxma riski əsasən qərbi və mərkəzi Afrika çöllərində yaşayan gəmiricilərlə təmasdan və dişləndikdə mümkün ola bilər. 

Əlavə olaraq, daşıyıcı heyvanın qanından, bədən mayesindən, dərisində olan qabarcıqlar və qızarıqlardan yoluxmaq mümkündür. 

Yoluxmuş heyvanın yaxşı hazırlanmamış ətini istehlak etmək də yoluxma riskini artırır. İnsandan insana keçmə halları nadir deyil.

Yoluxmuş şəxsin paltarından, yataq dəstindən və ya istifadə etdiyi dəsmalından, dəridə olan sızanaqlar, qabarcıqlar və qızarıqlarla təmas etdikdə (cinsi əlaqə zamanı), yoluxmuş şəxslə yaxın məsafədə ünsiyyət zamanı (hava-damcı yolu ilə) keçə bilər.

İlkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir.

Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır.

Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Səpgilər həmçinin dəridə izlər buraxa bilər. 

Əlamətlərin sırası və şiddəti insandan insana dəyişə bilər.

Səpkilər: Xəstəliyin ən xarakterik xüsusiyyəti bədəndə qaşınma və ağrılı qabarcıqlar şəklində meydana gələn səpgilərdir. Bu səpkilər adətən üzdə, ovuc içi, ayaq altı və cinsiyyət orqanlarında görünür. Döküntü maye ilə dolu kabarcıklara çevrilir, qabıqlanır və sağalır.

Meymunçiçəyi virusunun simptomları hər kəsdə eyni şiddətdə görünməyə bilər və bəzi insanlarda meymun çiçəyi simptomları ümumiyyətlə olmaya bilər. Xəstəliyin gedişi insanın immun sistemindən və ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər.

Meymunçiçəyi virusu neçə gün davam edir?

Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir. Yoluxmadan sonra ilkin simptomların yaranma müddəti (inkubasiya dövrü) adətən 7-14 gün arasıdır, xəstəliyin intensivliyindən asılı olaraq isə bu vaxt 5-21 arası dəyişə bilər. İnsanlarda xəstəliyin simptomları suçiçəyi virusunun törətdiyi xəstəlik ilə oxşardır, lakin daha yüngüldür.

Meymunçiçəyi virusuna necə yoluxurlar?

Meymunçiçəyi virusu ona yoluxan şəxslə yaxın təmasda olanlara ötürülür. Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə yol tapa bilər.

Virus cinsi yolla yayılan infeksiya kimi təsvir edilməyib, lakin o, cinsi əlaqə zamanı birbaşa təmas vaxtı ötürülə bilər.

Meymunçiçəyi bəzən daha kəskin keçə bilər və onun Qərbi Afrikada ölümlərə səbəb olduğu qeyd edilir.

Meymunçiçəyi virusuna daha çox kimlər yoluxa bilər?

Meymunçiçəyi virusu uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan insanlarda fəsad riski daha yüksəkdir. “Monkeypox” virusu əsasən Mərkəzi və Qərbi Afrikada baş verən nadir xəstəlikdir. Lakin 2022-ci ildən başlayaraq bu xəstəliyin geniş yayılmadığı ölkələrdə, o cümlədən ABŞ və Avropada qeydə alınmağa başladı.

Meymunçiçəyi virusu nə qədər yayğındır?

Meymunçiçəyi virusu ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. 

Bu virus Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb.

İndiyədək məlum olan ən böyük epidemiya 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 faizi 21-40 yaş arası kişilər olub.

Meymunçiçəyi virusunun müalicəsi nədir?

Meymunçiçəyi virusunun müalicəsi yoxdur, lakin infeksiyanın qarşısının alınması ilə onun yayılmasına nəzarət etmək olar. Bu infeksiyaya qarşı təbii çiçək peyvəndinin 85 faiz təsirli olduğu təsdiqlənib.

Böyük Britaniya çiçək xəstəliyinə qarşı peyvəndin dozasını alıb, lakin neçə doza vurula biləcəyi bəlli deyil.

Meymunçiçəyi virusu necə yarandı?

Meymunçiyəyi virusu yeni növ virus deyil. İlk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilmiş, ilk insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş verib. Adından göründüyünün əksinə olaraq, xəstəlik yalnız meymunlardan keçmir. 

Meymunçiçəyi virusunun daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır. 2017-ci ildə Nigeriya, ölkədə rəsmi olaraq qeydə alınan sonuncu meymun epidemiyasından təxminən 40 il sonra ən böyük epidemiyasını yaşadı. 

Meymunçiçəyinə şübhəli 172 hadisə qeydə alınıb, xəstələrin 75 faizi 21-40 yaş arası kişilər olub. 

2021-ci ildə isə Konqoda bu xəstəlikdən 24 nəfər dünyasını dəyişib. 

Meymunçiçəyi virusu ölümcüldür? 
 
Normalda bu virusa yoluxmuş insanlar müalicəsiz də sağalırlar. Buna baxmayaraq, virusun ağır ştamları ilə yoluxduqda 5% hallarda ölüm halları baş verə bilər. 

Statistikaya əsasən, meymunçiçəyi virusunun yüngül formaları yalnız 1% ehtimalla ölümcüldür.

Meymunçiyəyi virusu COVID-19-la oxşardır? 
 
Tamamilə fərqli siniflərə aid olan bu viruslar arasında oxşarlıq bir çox yoluxucu xəstəliklərdə olduğu kimi ilkin mərhələdə başlayan simptomlardır. 

Meymunçiçəyi virusunun müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını almaqla epidemiyanın qarşısını almaq olar. Çiçək xəstəliyinə qarşı peyvəndin meymunçiçəyi xəstəliyinin qarşısının alınmasında 85 faiz effektiv olduğu sübut edilib. Çiçək xəstəliyi əleyhinə peyvənddən bəzən istifadə edilə bilər. 

Xəstəliyin epidemiyaya çevrilmə riskinin az olduğu bildirilir.

Meymunçiçəyi virusu ilə suçiçəyi arasındakı fərq nədir?

Oxşar simptomları olan iki xəstəlik arasında aşağıdakı əsas fərqlər var. Mpox ortopox virusudur, suçiçəyi isə herpes virusudur. Suçiçəyi çox daha yoluxucudur və daha sürətli yayılır. Suçiçəyi adətən 2 həftə ərzində sağaldığı halda, meymun xəstəliyinin sağalma müddəti 2-4 həftədir.

Monkeypox virusunu müəyyən etmək çətin ola bilər, çünki digər infeksiyalarla oxşar görünə bilər. Bu virusu suçiçəyi, qızılca, bakterial dəri infeksiyaları, qaşınma, herpes, sifilis, cinsi yolla keçən digər infeksiyalar və dərmanlarla əlaqəli allergiyalardan ayırmaq vacibdir.

Mpox olan şəxsdə herpes kimi cinsi yolla ötürülən başqa bir infeksiya da ola bilər. Bundan əlavə, "meymunçiçəyi" virusundan şübhələnən uşaqda suçiçəyi də olması da mümkündür. Bu səbəblərə görə insanların mümkün qədər tez müalicə olunması və yayılmasının qarşısını almaq üçün müayinədən keçmələri vacibdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 945
avatar

Arzu Qurbanlı

Oxşar yazılar