“İrşad Electronics”ə qarşı 90 minlik dələduzluq  edənlərin məhkəməsi başladı
15 oktyabr 2026 12:21 (UTC +04:00)

“İrşad Electronics”ə qarşı 90 minlik dələduzluq edənlərin məhkəməsi başladı

0

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilən şəxslərin -  Ruslan Hüseynov və Mehrab Abdulkərimlinin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxslərə onların hüquq və vəzifələri izah edilib.

Dövlət ittihamçısı vəsatət verərək, işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri məhkəməyə bir neçə vəsatətlər təqdim ediblər.

Məhkəmə tərkibi dövlət ittihamçısının vəsatətinin təmin olunduğunu və  vəsatətlərin növbəti prosesdə müzakirə ediləcəyini bildirib.

Növbəti proses 22 oktyabr saat 12:30-a təyin olunub. 

Xatırladaq ki, Ruslan Hüseynov “İrşad Electronics” şirkətində korporativ satış şöbəsinin rəhbəri işlədiyi dövrdə, müştərilərdən biri olan Mehrab Abdulkərimli mülki hüquq münasibətləri çərçivəsində şirkətdən ümumi dəyəri 300 000 manatdan çox olan elektronika avadanlıqları alıb və öhdəliyini yerinə yetirib. Lakin daha sonra (2025-ci ilin sentyabrında) Mehrab Abdulkərimli dəyəri 96 000 AZN olan 40 ədəd mobil telefonu götürsə də, bu məhsulların pulunu ödəməkdən yayınıb və dələduzluq edib.Faktla bağlı cinayət işi açılıb, keçmiş şöbə rəhbəri Ruslan Hüseynov Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq -külli miqdarda ziyan vurmaqla törədildikdə) 313 (Vəzifə saxtakarlığı) 320.1 və 320.2 (Sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə etmə) maddələri ilə məsuliyyətə cəlb olunub.

Digər təqsirləndirilən şəxs Mehrab Abdulkərimli barəsində qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar