Qız anasının evini yandırdı,  hər şey külə döndü
15 oktyabr 2026 11:49 (UTC +04:00)

Qız anasının evini yandırdı, hər şey külə döndü

0

Türkiyədə 57 yaşlı qadın bazarlıqdan evə qayıdanda dəhşətli mənzərə ilə üzləşib. Onun yaşadığı ev yanaraq yararsız hala düşüb. Hadisədə şübhəli bilinən şəxsin isə qadının doğma qızı olduğu iddia edilir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Uşak şəhərinin Işık məhəlləsində, Birinci Taşkın küçəsində baş verib. Məlumata görə, 57 yaşlı Z.S. bazarlıq etmək üçün evdən çıxıb. Bu zaman ona məxsus birmərtəbəli yaşayış evində yanğın başlayıb. Alov qısa müddətdə böyüyərək bütün evi bürüyüb. Qonşuların hadisəni görərək 112 Təcili Çağrı Mərkəzinə məlumat verməsindən sonra əraziyə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunublar. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun qarşısı alınsa da, ev tamamilə yararsız vəziyyətə düşüb.

Hadisənin ən diqqətçəkən məqamı isə yanğının qəsdən törədilməsi ehtimalıdır. İddiaya görə, evi yandıran şəxs Z.S.-nin 26 yaşlı qızı G.O. olub. Ana da məhz bu şübhə ilə polisə müraciət edərək doğma qızından şikayətçi olub. Hadisədən sonra ərazidən uzaqlaşdığı bildirilən gənc qadının tapılması üçün polis tərəfindən axtarış tədbirlərinə başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar