Bakıda sərxoş sürücü maşın aşırdı, ölənlər var  - HADİSƏ ANI
15 oktyabr 2026 14:01 (UTC +04:00)

Bakıda sərxoş sürücü maşın aşırdı, ölənlər var - HADİSƏ ANI

0

Oktyabrın 14-ü saat 01:35-də, Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi “Volkswagen” markalı avtomobil Sabunçu rayonu, Bilgəh qəsəbəsinin ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, ilkin məlumata görə yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə olması səbəbindən baş verən qəzada avtomobildə olan sərnişinlər – paytaxt sakini Kamran Əliyev və Qax rayon sakini Təbriz Əliyev hadisə yerində həyatlarını itirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi son günlər sərxoş vəziyyətdə sükan arxasına keçən şəxslərin təqsiri səbəbindən ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını bildirir və bir daha sürücülərə müraciət edərək onları əksər hallarda ölümlə nəticələnən bu kimi kobud qayda pozuntularından cəkinməyə çağırır.

***
14 oktyabr, saat: 14:02

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu gün Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib.

34 yaşlı Əliyev Kamran Ehtiram oğlunun idarə etdiyi minik avtomobili aşıb. Nəticədə sürücü özü və 46 yaşlı sərnişini, Əliyev Təbriz Namiq oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2348

Oxşar yazılar