Trampdan məlumat yayan məmurlara SƏRT XƏBƏRDARLIQ:  Güllələnməlidirlər!
15 oktyabr 2026 10:15 (UTC +04:00)

Trampdan məlumat yayan məmurlara SƏRT XƏBƏRDARLIQ: Güllələnməlidirlər!

0

ABŞ Prezidenti Donald Tramp dövlətə məxsus məxfi məlumatları mətbuata ötürən şəxslərlə bağlı qalmaqallı açıqlama verib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, Tramp seçki mitinqində çıxışı zamanı hərbi əməliyyatlarla bağlı gizli informasiyaların yayılmasını ağır cinayət kimi qiymətləndirib.

O, xüsusilə hərbi planları mediaya sızdıran məmurların ən sərt şəkildə cəzalandırılmasının tərəfdarı olduğunu bildirib. “Belə məlumatları yayanların güllələnməli olduğunu düşünürəm. Təsəvvür edin ki, hansısa şəxs başqa ölkəyə qarşı hərbi hücumun vaxtını əvvəlcədən açıqlayır”, – deyə Tramp vurğulayıb. ABŞ Prezidenti bildirib ki, məxfi məlumatların ictimaiyyətə ötürülməsi İran əleyhinə nəzərdə tutulan hərbi əməliyyatın ləğvinə səbəb olub. Onun sözlərinə görə, bu cür addım atan şəxslər uzunmüddətli həbs cəzası almalı, hətta daha ağır cəzalarla üzləşməlidirlər.

Tramp qeyd edib ki, ABŞ hərbçilərinin Missuri ştatından saat 12:07-də hərəkətə keçəcəyi barədə gizli məlumatlar “The New York Times” qəzeti və CNN telekanalında dərc olunub. Prezident belə halların ölkənin milli təhlükəsizliyinə ciddi təhdid yaratdığını bildirərək məlumat sızdıran şəxslərə qarşı son dərəcə sərt tədbirlərin görülməsini tələb edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar