Ərdoğanı ağladan şerin müəllifi saxlanıldı
20 avqust 2024 18:40 (UTC +04:00)

Ərdoğanı ağladan şerin müəllifi saxlanıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ağladan “Şəfəq türküsü” şerinin müəllifi Nevzat Çelik saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, şair dünən axşam saatlarında qapısına gələn polis əməkdaşları tərəfindən şöbəyə aparılıb. Orada ifadəsi alınandan sonra isə sərbəst buraxılıb.

O, İzmirdəki meşə yanğınları ilə əlaqədar fikirlərinə görə saxlanıldığını iddia edib. Belə ki, Çelik sosial şəbəkədə etdiyi paylaşımda, “Heç mi görməyək, eşitməyək, danışmayaq? Heç mi araşdırmayaq? Nə istəyirlər? Məhəllə yandığı halda eləcə saçımızı darayaq? Bəs necə insan qalaq? Gözəl günləri də görmək ümidi ilə” deyə fikirlərini qeyd edib.

Qeyd edək ki, Nevzat Çelikin müəllifi olduğu “Şəfəq türküsü” şerini mərhum müğənni Ahmet Kaya oxuyub. Prezident Ərdoğan 12 sentyabr çevrilişi zamanı asılan Necdet Adalı haqqında danışarkən “Şair Nevzat Çelikin Necdet Adalı üçün yazdığı şer bu zamansız ölümü ən gözəl şəkildə canlandırıb. Doğrudan da çox duyğusaldır. Məni burda axtarma ana qapıda adımı soruşma, Saçlarını ulduz düşmüş qoparma ana, ölümü gözlədim ana” sətirlərini oxuyub və ardınca ağlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6429
avatar

Oxşar yazılar

Xəzər dənizində zəlzələ  baş verdi

Xəzər dənizində zəlzələ baş verdi

20 avqust 2024 , 21:34
Göyçayda maşında MEYİT AŞKARLANDI

Göyçayda maşında MEYİT AŞKARLANDI

20 avqust 2024 , 21:20
Bakıda torpaqları qanunsuz satan rəis HƏBS OLUNDU

Bakıda torpaqları qanunsuz satan rəis HƏBS OLUNDU

20 avqust 2024 , 17:50
Sumqayıt bulvarında meyit tapıldı

Sumqayıt bulvarında meyit tapıldı

20 avqust 2024 , 17:05
Kanalda batan 9 yaşlı uşağın  meyiti tapıldı - YENİLƏNİB

Kanalda batan 9 yaşlı uşağın meyiti tapıldı - YENİLƏNİB

20 avqust 2024 , 16:49
"MC Donalds Azərbaycan" məhkəməyə verildi

"MC Donalds Azərbaycan" məhkəməyə verildi

20 avqust 2024 , 16:17
Ata 10 yaşlı qızını öldürüb intihar etdi

Ata 10 yaşlı qızını öldürüb intihar etdi

20 avqust 2024 , 15:25
BMW “VAZ-2106” ilə toqquşdu: ölən var

BMW “VAZ-2106” ilə toqquşdu: ölən var

20 avqust 2024 , 15:18