BMW “VAZ-2106” ilə toqquşdu: ölən var
20 avqust 2024 15:18 (UTC +04:00)

BMW “VAZ-2106” ilə toqquşdu: ölən var

İsmayıllıda ölümlə nəticələnən yol qəzası olub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, avqustun 20-də saat 14 radələrində İsmayıllı şəhəri ərazisində “VAZ-2106” və “BMW” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1953-cü il təvəllüdlü Rəhimov Məhəmməd Abdul oğlu hadisə yerində ölüb, digər sürücü xəsarət alıb. 

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537
avatar

Oxşar yazılar