Sosial media fenomeni alt paltarını çıxarıb  şirniyyatın üstünə atdı
20 avqust 2024 18:01 (UTC +04:00)

Sosial media fenomeni alt paltarını çıxarıb şirniyyatın üstünə atdı

İngilis sosial media fenomeni Çloy Lopez qeyri-adi hərəkətləri ilə gündəmə gəlib.

Lent.az xarici mediaya istinadla bildirir ki, fenomen bəzi yerlərdə alt paltarını çıxararaq, uyğun olmayan yerlərə tullayır.

Sonuncu belə olay İspaniyada yanacaqdoldurma məntəqəsində baş verib. Bundan əvvəl isə Lopez supermarketlərdə alt paltarını soyunaraq, çörək və şirniyyat bölməsinə atıb. Onun bu hərəkətləri bəzi izləyicilərə əyləncəli gəlsə də, əksəriyyətdə qıcıq yaradıb.

Bəzi izləyicilər Lopezin hərəkətlərini anti-gigiyenik adlandırıb və sağlamlığa ziyanlı olduğunu bildiriblər. Onlar fenomenin İspaniyadan qovulmasını tələb ediblər. Həmçinin qızın anoloji hərəkətləri etdiyi supermarketlər şəbəkələrindən biri onu məhkəməyə verməyə düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 789
avatar

Oxşar yazılar