Alen Delon itlərinin yanında  dəfn ediləcək
20 avqust 2024 17:22 (UTC +04:00)

Alen Delon itlərinin yanında dəfn ediləcək

Dünya şöhrətli aktyor Alen Delon vəsiyyətinə uyğun olaraq bu həftə yaşadığı Fransanın şimalındakı Ruhlar kommunasında, 35 itinin basdırıldığı kilsədə dəfn ediləcək.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Alen Delon bu həftənin ortasında öz istəyinə uyğun olaraq, tam məxfilik şəraitində, Luara departamentinin Duşi  kəndində dəfn ediləcək. Dəfn mərasimi həmin kilsədə keçiriləcək. 

Aktyor 35 itinin yanında dəfn olunacaq. Ömrü boyu heyvan hüquqlarının fəal müdafiəçisi olan Delon 50-dən çox itə sahib olub.

Aktyor möhtəşəm dəfn istəməyib və bu münasibətlə hər hansı böyük tədbirlərin əleyhinə olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar