Bakıda torpaqları qanunsuz satan rəis HƏBS OLUNDU
20 avqust 2024 17:50 (UTC +04:00)

Bakıda torpaqları qanunsuz satan rəis HƏBS OLUNDU

Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrı-ayrı şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunması və müvafiq tikinti işlərinin aparılmasına dair Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır. 

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərdə bildirilir ki, istintaqla 2019-2020-ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Əliyev Arzu Təvəkkül oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin qurumun balansında olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq çoxsaylı şəxslər tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən təkrarən külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Arzu Əliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497
avatar

Oxşar yazılar

Xəzər dənizində zəlzələ  baş verdi

Xəzər dənizində zəlzələ baş verdi

20 avqust 2024 , 21:34
Göyçayda maşında MEYİT AŞKARLANDI

Göyçayda maşında MEYİT AŞKARLANDI

20 avqust 2024 , 21:20
Ərdoğanı ağladan şerin müəllifi saxlanıldı

Ərdoğanı ağladan şerin müəllifi saxlanıldı

20 avqust 2024 , 18:40
Sumqayıt bulvarında meyit tapıldı

Sumqayıt bulvarında meyit tapıldı

20 avqust 2024 , 17:05
Kanalda batan 9 yaşlı uşağın  meyiti tapıldı - YENİLƏNİB

Kanalda batan 9 yaşlı uşağın meyiti tapıldı - YENİLƏNİB

20 avqust 2024 , 16:49
"MC Donalds Azərbaycan" məhkəməyə verildi

"MC Donalds Azərbaycan" məhkəməyə verildi

20 avqust 2024 , 16:17
Ata 10 yaşlı qızını öldürüb intihar etdi

Ata 10 yaşlı qızını öldürüb intihar etdi

20 avqust 2024 , 15:25
BMW “VAZ-2106” ilə toqquşdu: ölən var

BMW “VAZ-2106” ilə toqquşdu: ölən var

20 avqust 2024 , 15:18