"Niyazi-112" sərgisinin açılışı oldu
20 avqust 2024 15:45 (UTC +04:00)

"Niyazi-112" sərgisinin açılışı oldu

Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 112-ci ildönümü münasibətilə sənətkarın ev-muzeyində tədbir təşkil edilib.

Lent.az xəbər verir ki, qonaqlar əvvəlcə muzeyin foyesində hazırlanmış “Niyazi-112” sərgisi ilə tanış olublar.

Daha sonra tədbirin əsas hissəsi başlayıb.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Maestro Niyazi haqqında xatirələrinin videoyazısı nümayiş olunub.

Niyazi Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış edərək unudulmaz sənətkarın Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsi və təbliğindəki müstəsna rolunu qeyd edib.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Gülnaz İsmayılova ("Arzu" romansı), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımovun ("Vətən nəğməsi") və başqalarının ifalarında Niyazinin və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Konsert proqramının rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevadır.

Niyazinin qohumu Sahib Qədimov jurnalistlərə açıqlamasında qeyd edib ki, qədirbilən xalqımız Niyazini xatirəsini bu gün də ehtiramla yad edir: “Mən çox sevinirəm ki, maestro unudulmur. Çünki o, bənzərsiz sənətkar idi. Təəssüf ki, gənclər Niyazini yaxşı tanımır. Buna görə də, məktəblilərin və tələbələrin bu muzeyə ekskursiyası təşkil olunmalıdır”.

Ev-muzeyinin yaradılmasından bəhs edən Rza Bayramov bildirib ki, muzey eksponatlarla zəngindir: “Niyazinin həyat və yaradıcılığına nəzər salmaq üçün muzeyin kifayət qədər zəngin bazası var. Onun həyatının müxtəlif illərini özündə əks etdirən fotolar, əşyaları, əsərlərinin əl-yazısı muzeydə qorunub saxlanılır”.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə müdiri Sevil Kərimova Niyazinin zəngin yaradıcılıq tarixindən söhbət açıb: “Niyazi Azərbaycan mədəniyyətinin böyük personasıdır. Yaxşı ki, bu gün də onun xatirəsini yad edirik və ruhuna ehtiramımızı ifadə edirik. Niyazi musiqimizin incisidir. O öz fəaliyyəti ilə ömrünün sonuna qədər Azərbaycana layiqli xidmət edib”.

Qeyd edək ki, bu gün muzeydə “Açıq qapı” günüdür.

"Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO "Niyazi-112" sərgisinin açılışı olub - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693
avatar

Oxşar yazılar