Azərbaycanda ŞOK: ustanı məscidin qarşısında GÜLLƏLƏDİLƏR
20 avqust 2024 17:17 (UTC +04:00)

Azərbaycanda ŞOK: ustanı məscidin qarşısında GÜLLƏLƏDİLƏR

Biləsuvarda güllələnmə hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Biləsuvar rayonun Aşağı Cürəli kənd sakini 1981-ci il təvəllüdlü Mayis Nəsirov hər iki ayağından güllə yarası alıb. O, rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Hadisəyə səbəb isə usta işləyən Mayil Nəsirovun evini təmir etdiyi şəxsdən qalan borcu istəməsi olub. Bir müddət borclu qalmış ev yiyiəsi növbəti dəfə ustanı kənd məscidinin qarşısına çağırıb və görüşə gələn Mayisin ayaqlarına ov tüfəngindən atəş açıb.

Məlumata görə, ev sahibinin ustaya 1000 manat borcu olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4581
avatar

Oxşar yazılar