Evdə hazırlana biləcəyiniz yemiş   dondurması – Dadlı və sağlam
20 avqust 2024 18:53 (UTC +04:00)

Evdə hazırlana biləcəyiniz yemiş dondurması – Dadlı və sağlam

Yayın bitməsinə az qalıb. Havalar soyumamış bu günləri yaxşı dəyərləndirmək lazımdır. Yayın əsl ləzzətlərindən biri isə dondurmadır. 

Lent.az bu dəfə sizə evdə hazırlana biləcəyiniz yemiş dondurması resepti təqdim edir. Bu dondurma həm çox dadlı, həm də sağlamdır. 

Bu reseptə görə evdə hazırlanmış yemiş dondurması inanılmaz dərəcədə aromatik və tenderdir. 

Lazım olan ərzaqlar:

3 stəkan doğranmış yemiş (təxminən 450 q).

1/2 fincan şəkər (və ya bal əlavə edin).

1 stəkan qaymaq (yağ tərkibi 33%).

Vanil

1 xörək qaşığı limon suyu.

Blenderdə yemiş, şəkər və ya balı, limon suyu və vanil əlavə edərək qarışdırın. Daha sonra qaymağı töküb qarışdırmağa davam edin. Qarışığı qablara tökün və dondurucuya qoyun. Üzərindən bir neçə saat keçdikdən sonra dondurmanı süfrəyə təqdim edə bilərsiniz. İstəyə uyğun olaraq onu təzə nanə yarpaqları və yemiş dilimləri ilə bəzəyin. 

Nuş olsun! 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4311

Oxşar yazılar

İnanılmaz şokoladlı keks RESEPTİ

İnanılmaz şokoladlı keks RESEPTİ

20 may 2025 , 17:58
Faydalı limonlu-çiyələkli  dondurma - RESEPT

Faydalı limonlu-çiyələkli dondurma - RESEPT

19 may 2025 , 18:13
"Duzdan artıq istifadə qan təzyiqini artırır"  - Dietoloq

"Duzdan artıq istifadə qan təzyiqini artırır" - Dietoloq

19 may 2025 , 11:52
Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

17 may 2025 , 15:58
Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

14 may 2025 , 14:52
Ən dadlı balqabaq çörəyinin  sirri: RESEPT

Ən dadlı balqabaq çörəyinin sirri: RESEPT

13 may 2025 , 15:10
Sezar salatının  büdcəyə uyğun RESEPTİ

Sezar salatının büdcəyə uyğun RESEPTİ

12 may 2025 , 13:57
Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

9 may 2025 , 19:45