Rusiyanın Moskva şəhər Məhkəməsi Abxaziya əsilli Astamur Butba barəsində qiyabi olaraq 19 il müddətinə həbs cəzası təyin edib. Qərara əsasən o, cəzasını ciddi rejimli koloniyada çəkəcək.
Lent.az yerli mediaya istinadla bildirir ki, Butba 2009-cu ildə Rusiyanın ən nüfuzlu “qanuni oğru”larından biri Vyaçeslav İvankova (Yaponçik) sui-qəsd cəhdinin səbəbkarı olub.
Ağır yara alan “oğru” bir neçə ay sonra sonrakı ağırlaşmalar səbəbindən xəstəxanada dünyasını dəyişib. Butba Abxaziyada yerli bankı qarət etdiyinə görə vətənində 12 illik həbs cəzasını çəkir. Yerli qanunlara görə, o, Rusiyaya ekstradisiya edilməyəcək. Lakin Moskva məhkəməsinin hökmü Abxaziyanın məhkəmə orqanları tərəfindən alındıqdan sonra onlar hüquqi əməkdaşlıq çərçivəsində təqsirləndirilən şəxsin cəzasına əlavə edə bilərlər.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin araşdırmasına görə, “Yaponçik”in qətlinin sifarişçisi, onun uzun müddətdir ədavəti olan “qanuni oğru” İlya Simoniyadır. (“Maho”) idi. İddiaya görə, İvankov onu “oğru” statusundan məhrum etməyi müdafiə edib, İlya isə bunu bağışlamayıb. “Yaponçik”dən qisas almaq üçün “Maho” Abxaziyadan olan beş nəfərdən ibarət bir qrup toplayıb və onlara təxminən 30 milyon rubl (təxminən 300 min manat) vəd edilib.