Türkiyədə tutulan mafiya liderini Azərbaycan da axtarırmış - ŞOK FAKTLAR
18 noyabr 2021 12:37 (UTC +04:00)

Türkiyədə tutulan mafiya liderini Azərbaycan da axtarırmış - ŞOK FAKTLAR

Xəbər verdiyimiz kimi, “İlqam Bolniski” ləqəbi ilə tanınan kriminal avtoritet İlqam Hacıyev Türkiyənin İzmir şəhərində saxlanılıb.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, onun saxlanılması ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Məlumatlara görə, İ.Hacıyev Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. O, silah qaçaqmalçılığına görə Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilibmiş. İ.Hacıyev İnterpolun qırmızı xətti ilə axtarışda olub.

Bundan başqa, "Lotu Quli"nin yaxın dostu olan İ. Hacıyevin Türkiyənin tanınmış mafiya lideri Sedat Pekerlə də əlaqələrinin olduğu bildirilir. 

Onu da qeyd edək ki, İ.Hacıyev Türkiyəyə saxta pasportla daxil olub. Türkiyə polisi onu məhz saxta paspotla ölkə ərazisində yaşadığı üçün həbs edib. 

Onun Azərbaycana verilib-verilməyəcəyi isə hələ məlum deyil. 

İlqam Hacıyev və Sedat Peker

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4677
avatar

Mehman Nəbiyev

Oxşar yazılar