Türkiyədə “İlqam Bolniski” kimi tanınan azərbaycanlı “qanuni oğru İlqam Hacıyev həbs edilib.
Lent.az-ın məlumatına görə, o, Türkiyənin İzmir şəhərindəki otellərin birində saxlanılıb.
Əldə etdiyimiz məlumata görə, İ. Hacıyev İnterpol tərəfindən axtarışda olub. O, rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunub.
İ.Hacıyev Rusiya və Fransa tərəfindən beynəlxalq axtarışa verilmişdi.
Qeyd edək ki, 40 yaşı bu il tamam olacaq İ. Hacıyev azərbaycanlı mərhum “qanuni oğru” “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın adamı olub.
Meyxanaçı Orxan Lökbatanlı 40 yaşının tamamı münasibətilə ona mahnı da bəstələyib.