Şəmkirdə KAFEDƏ QƏTL:   28 yaşlı kişini ürəyindən bıçaqladı
12 iyun 2026 10:31 (UTC +04:00)

Şəmkirdə KAFEDƏ QƏTL: 28 yaşlı kişini ürəyindən bıçaqladı

0

Şəmkirdə qətl törədilib.

Lent.az-ın məlumatına görə, hadisə rayon ərazisində yerləşən kafelərin birində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü F. Həsənov ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib və orada ölüb. 

Araşdıma zamanı məlum olub ki, F. Həsənov aralarında yaranmış mübahisə zəminində həmyerlisi, 1997-ci il təvəllüdlü S. Tağıyev tərəfindən bıçaqlanıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində S. Tağıyev saxlanılaraq istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar