Namaz vaxtı məscidə  gəlməyən imam   qəbiristanlıqda  ölü tapıldı
12 oktyabr 2026 18:38 (UTC +04:00)

Namaz vaxtı məscidə gəlməyən imam qəbiristanlıqda ölü tapıldı

0

Mersinin Tarsus rayonunda, ikindi namazı üçün məscidə gəlməyən imam Halil Kısadan narahat olan camaat onu axtarmağa gedib. Əvvəlcə onun evinə, daha sonra qəbiristanlığa gediblər və orada Kısanın cansız bədənini sınmış ağacın yanında tapıblar. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, imamın quru ağacı kəsərkən yıxılaraq öldüyü ehtimal edilir və hadisə ilə bağlı araşdırma başlanılıb.

Mersinin Tarsus rayonunun Alibeyli məhəlləsindəki bir məscidin imamı Halil Kısa ikindi namazından əvvəl evindən çıxaraq qəbiristanlığa gedib.

Camaat imamın günortadan sonra namaz qılmaq üçün məscidə gəlmədiyini görəndə onun evinə gediblər. Həyat yoldaşından onun qəbiristanlığa getdiyini öyrəniblər. Qəbiristanlığa çatdıqda, Kısanın kəsilmə zamanı qırılmış ağacın yanında hərəkətsiz uzanmış vəziyyətdə tapılıb. Tibb işçiləri Kısanın vəfat etdiyini müəyyən ediblər.

Hadisə yerində aparılan müayinələrdən sonra imamın cansız bədəni yarılma üçün xəstəxana morquna göndərilib. İmamın kəsdiyi quru ağacın sınması nəticəsində yıxılaraq öldüyü ehtimal olunur. Hadisə ilə bağlı istintaq davam edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar