Rayon sakinlərindən külli miqdarda narkotik tapıldı
23 iyun 2021 11:55 (UTC +04:00)

Rayon sakinlərindən külli miqdarda narkotik tapıldı

Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Şəhriyar kənd sakinləri Binyamin Hüseynov və Cəfər Cəfərovu saxlayıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, B.Hüseynovun kənd ərazisində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman 66 ədəd aqrotexniki qaydada yetişdirilmiş çətənə bitkisi və 8 kiloqram qurudulmuş marixuana, C.Cəfərovun evinə baxış keçirilən zaman isə 9 ədəd çətənə bitkisi və 2 kiloqramdan artıq qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455
avatar

Mehman Nəbiyev

Oxşar yazılar