Qubada DƏHŞƏT:  Oğul 85 yaşlı anasını öldürdü - YENİLƏNİB
28 dekabr 2023 07:16 (UTC +04:00)

Qubada DƏHŞƏT: Oğul 85 yaşlı anasını öldürdü - YENİLƏNİB

Dekabrın 27-də saat 19 radələrində Quba rayonu Bağbanlar kəndində evlərin birində 1938-ci il təvəllüdlü İsmixanova Zöhrə Qazməmməd qızının küt alətlə aldığı xəsarətlərlə xəstəxanaya çatdırılması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu 1974-ci il təvəllüdlü İsmixanov Zülfüqar Bahəddin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqşəsi zəminində baş ver verib.

Araşdırma aparılır.
 

***

07.08

Dekabrın 27-si saat 22 radələrində Quba rayonunun Bağbanlı sakini 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zülfüqar İsmixanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6630
avatar

Oxşar yazılar