Qohumunu kənddə  amansızcasına öldürdü
24 noyabr 2021 10:32 (UTC +04:00)

Qohumunu kənddə amansızcasına öldürdü

Noyabrın 23-ü saat 18 radələrində Tərtər rayon sakini 23 yaşlı Tural Mustafayevin xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu, 31 yaşlı Aqil Süleymanovun rayonun Düyərli kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Mustafayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Mübahisə zamanı Aqil Süleymanov da bıçaq xəsarətləri aldığından Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 

# 1803
avatar

Oxşar yazılar