Fransada bir neçə ay əvvəl tapılmış qadın bədəninin qalan hissələri Almaniyada tapılıb.
Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, bu barədə Lüksemburq polisi məlumat yayıb.
Meyitin üzərində hər hansı odlu silah və cinsi zorakılıq əlamətləri olmayıb. Almaniyada aparılan DNT testi nəticəsində qadının Lüksemburqda yaşayan 40 yaşlı Portuqaliya vətəndaşı olduğu müəyyən edilib. Faktla bağlı bir Portuqaliya vətəndaşı saxlanılıb.