Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində qadın nəvəsini zorlamağa cəhd etdiyi üçün atasını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, 52 yaşlı Yelena mühasib işləyir. Qadın deyib ki, ötən ilin dekabrında 78 yaşlı atası dul qalıb və get-gedə dəli olmağa başlayıb. Yelena tez-tez atasıgilə gedərək ev işlərində kömək edib. Ancaq bu gəlişlərin birində atası onu incitməyə başlayıb.
Bundan əlavə, təqaüdçü yetkin nəvəsinə də təcavüz etmək istəyib. Ancaq Yelena onu tərk etməyib və kömək etməyə davam edib.
Sonuncu nahar zamanı kişi yenidən təcavüz etməyə cəhd göstərib. Yelena buna dözməyib, mətbəx bıçağını götürüb və atasının sinəsinə sancıb. Daha sonra baltanı götürərək meyiti parçalayıb. O, cəsədin bir hissəsini soyuducuya qoyub, qollarını və ayaqlarını evin yaxınlığındakı kanalizasiyaya atıb.
Daha sonra qadın özü polisə zəng edərək hər şeyi etiraf edib. O, məhkəmədə ağlayıb. O, iki ay müddətinə istintaq təcridxanasına göndərilib.