Rusiyanın Yekaterinburq şəhərində yerləşən “Kaspi” kafesində kriminal avtoritetlər arasında “razborka” olub.
Lent.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, “razborka” şəhərdə avtomobil parklanma yerlərinin bölüşdürülməsi üstündə yaranıb. “Qanuni oğru” Əhməd Dombayevin (Şalinski) nümayəndəsi Marsel Həsənovla digər avtoritetlər arasında silahlı münaqişə olub. Tərəflər bir-birilərinə tapançadan atəş açıblar.
Şəhər Polis İdarəsindən verilən məlumata görə, Marsel Həsənov saxlanılıb. Münaqişə iştirakçıları arasında yaralananların olduğu bildirilir.
Marsel Həsənov