Marketdə tanımadığı adamı səbəbsiz yerə  döydü - Biləsuvarda ŞOK OLAY
19 avqust 2026 13:14 (UTC +04:00)

Marketdə tanımadığı adamı səbəbsiz yerə döydü - Biləsuvarda ŞOK OLAY

0

Biləsuvarda kişi küçədə tanımadığı şəxsi döyüb.

Lent.az-ın xəbərinə görə, hadisə şəhərin M. İbrahimov küçəsində, “Oba” marketin qarşısında qeydə alınıb.

İttiham aktına görə, 36 yaşlı İbrahim Həsənov (şərti adla) əvvəl evində, sonra isə kafedə spirtli içki içərək, sərxoş olub. Axşam saatlarında “Oba” marketin qarşısında tanımadığı adamı insanların arasında nalayiq söyüşlərlə təhqir edib, sonra isə yumruq zərbələri ilə sifətindən vuraraq, xəsarətlər yetirib.

Faktla bağlı İ. Həsənov saxlanılaraq, barəsində xuliqanlıq maddəsilə cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, zərərçəkənlə barışıb və əməlindən peşmandır.

Zərərçəkmiş şəxsin sözlərinə görə, “Oba” marketə girərək, alış-veriş etməyə başlayıb. Bu zaman tanımadığı təqsirləndirilən şəxs içəri girib və nalayiq ifadələrlə onu təhqir edib. Daha sonra İ. Həsənov onu çölə çıxarıb və yumruq zərbələri ilə sifətinə vuraraq, xəsarətlər yetirib. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayətinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə İ. Həsənov 3 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar