Kişi və hamilə arvadını öldürüb başını kəsdilər
13 avqust 2025 16:16 (UTC +04:00)

Kişi və hamilə arvadını öldürüb başını kəsdilər

Avstraliyanın Melburn şəhərində kişi və hamilə yoldaşı qətlə yetiriliblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, polis Afina Georgopoulos və onun həyat yoldaşı Endryu Qannın cəsədlərini evlərində tapıb. Beş aylıq hamilə olan qadın və onun əri evsiz bir kişi tərəfindən törədilmiş amansız qətlin qurbanı olublar.

Məlumata görə, qonşular evdən gələn səs-küy barədə polisə məlumat veriblər. Hüquq-mühafizə orqanları hadisə yerinə çatanda onları dəhşətli mənzərə qarşılayıb: Endryunun meyiti başı kəsilmiş vəziyyətdə olub, Afina isə ölü halda onun yanında uzanıb. Lakin ən dəhşətli kəşf çöldə olub - evin divarları “Bəsdir”, “Xəyanət” və “Karma” sözləri yazılmış hədələyici qrafitilərlə örtülüb.

Qeyd olunur ki, polis 34 yaşlı evsiz kişini Uestoll dəmiryolu vağzalında saxlayıb. Saxlanılma anını əks etdirən kadrlarda şübhəlinin qan ləkəli futbolkada diz çökərək polis əməkdaşlarının qarşısında dayandığı görünür. Ona iki nəfəri qətlə yetirmə maddəsi üzrə ittiham irəli sürülüb və indi o, məhkəməni gözləyir.

Polis hələlik cinayətin motivlərini açıqlamır, lakin yerli KİV bunun narkotiklərlə bağlı ola biləcəyini ehtimal edir. Məlumdur ki, qatil mərhumlarla tanış olub və soyuq silahdan istifadə edib. Hazırda küçə polis tərəfindən mühasirəyə alınıb, detektivlər isə divarlardakı qorxulu qrafitilərin qətlə bağlı olub-olmadığını araşdırmağa çalışırlar.

Xüsusi diqqət çəkən məqam isə şübhəlinin iki böyük itlə birlikdə olmasıdır. Polis artıq başqa şübhəlilər axtarmadıqlarını bəyan edib, lakin istintaq hələ yeni başlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840

Oxşar yazılar