İranlının 42 kilo narkotiki Pirallahıda tapıldı  - Baş İdarədən ƏMƏLİYYAT - VİDEO
25 iyul 2025 17:00 (UTC +04:00)

İranlının 42 kilo narkotiki Pirallahıda tapıldı - Baş İdarədən ƏMƏLİYYAT - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Pirallahı rayonunda əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 50 yaşlı Pirallahı rayon sakini 50 yaşlı Maqsud Cəfərov saxlanılıb. Ondan 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Maqsud Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Pirallahı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar