Evində toy edənlərə cəza kəsdilər -FOTO
28 iyul 2021 12:36 (UTC +04:00)

Evində toy edənlərə cəza kəsdilər -FOTO

Göyçayda toy sahibləri inzibati məsuliyyətə cəlb edilib

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə fərdi evlərdən təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması hallarına rast gəlinib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Ləkiçıplaq kənd sakinləri  Bəylər Həmidov və Altay Qasımov,  Cəyirli kənd sakini Zahir Həsrətov, eləcə də Ulaşlı Şıxlı kənd sakini Zaur İsmayılova məxsus fərdi yaşayış evlərində keçirilən toy mərasimlərində iştirak edən qonaqların 50 nəfərdən artıq olduğu müəyyən edilib. Həmin toy sahibləri inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

# 1929
avatar

Oxşar yazılar