Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Fazil Feyzullayev və Abbasov Ülvinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, prosesdə təqsirləndirilənlər məhkəmə tərkibinin suallarını cavablandırıblar.
Təqsirləndirilən Fazil Feyzullayev cinayəti tək törətdiyini, Ülvi Abbasovun bu cinayətdən xəbərinin olmadığını deyib.
İfadə verən Fazil Feyzullayevin həyat yoldası bildirib ki, o 15 ildir ki, Feyzullayevlə evlidir, iki uşaqları var, rəsmi nigahları yoxdur:
"Fazilə əvəllər Rusiyada yaşamışıq. Normal ailə münasibətlərimiz olub. Çox vaxt şənbə bazar günləri gəlirdi Bakıdan. Həmin vaxt evə gələndə mənə bir söz demədi ancaq çox yorğun görünürdü. O əvvəl bir necə gündən sonra Bakıya gedəcəyini desə də, ona gələn zəngdən sonra təcili Bakıya gedəcəyini dedi. Telefondakı qarşı tərəfin səsindən eşitdim ki, ona deyirlər ki, "Bizi şöbəyə çağırırlar; kimsə itgin düşüb. Mən cinayətdən bir neçə gün sonra xəbər tutdum".
Təqsirləndirilən Ülvi Abbasov ötən proseslərdə qətlə yetirilən İsgəndər Əliyev və onun ailəsini tanımadığı desə də ifadəsini danıb və mərhumu tanidığını və hətta onun qardaşı ilə birlikdə Dağıstanda tikintidə çalışdığını deyib.
Növbəti proses iyulun 29-na yəyin edilib.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də paytaxtın Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin yaşadığı evdə qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.
Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.