Bərdədə "patı" satanlar tutuldu - FOTO
01 dekabr 2021 12:43 (UTC +04:00)

Bərdədə "patı" satanlar tutuldu - FOTO

Bərdədə narkotik satanlar müəyyən edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvəllər məhkum edilmiş Asəf Mirzəyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman külli miqdarda “patı” adlandırılan psixotrop maddə-metamfetamin və heroin aşkar edilərək götürülüb.

Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Xətai Quliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.

# 1791
avatar

Mehman Nəbiyev

Oxşar yazılar