Barışmaq   adı ilə gəlib keçmiş sevgilisini öldürdü
16 oktyabr 2025 14:53 (UTC +04:00)

Barışmaq adı ilə gəlib keçmiş sevgilisini öldürdü

0

Türkiyədə kişi ondan ayrılan sevgilisini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Beykoz qəsəbəsində qeydə alınıb.

35 yaşlı Fethi Ş. bir müddət əvvəl ayrıldığı sevgilisi 38 yaşlı Aysel Karakoçla barışmaq adı ilə qadının evinə gəlib. Burada tərəflər arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı kişi qadının sinə, boğaz və qasıq nahiyələrinə 5 bıçaq zərbəsi vurub. Xəstəxanaya aparılan qadın orada ölüb.

Polis əməkdaşları cinayəti törədən Fethi Ş.-nı saxlayıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 632

Oxşar yazılar