Bakıda kişi boşanmaq istəyən  arvadını döyüb, burnunu qırdı
08 oktyabr 2026 16:23 (UTC +04:00)

Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı

0

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Binə qəsəbəsində, Gürcüstanlılar məhəlləsi adlanan ərazidə qeydə alınıb.

43 yaşlı Dilqəm Hüseynov (şərti adla) yaşadıqları evdə yumruq və təpik zərbələri ilə arvadını vuraraq, ona burun sümüyünün sınığı, bədəninin müxtəlif nahiyələrində, qançırlar, dodaqlarında qansızmalar və s. xəsarətlər yetirib.

Buna səbəb isə Dilqəmin evə daim gec gəlməyi və ailəsi ilə maraqlanmaması olub. Məlumata görə, qadın bu səbəblərə görə ərinə irad bildirərək, boşanmaq istədiyini deyib. Bu zəmində yaranan mübahisə zamanı D. Hüseynov da məlum cinayəti törədib.

Hadisə ilə bağlı D. Hüseynov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdıqlarını deyib. Zərərçəkən qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və D. Hüseynov məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar