Bakıda  azərbaycanlı arvadını öldürən   əfqanıstanlı qaçdı
14 iyul 2021 12:30 (UTC +04:00)

Bakıda azərbaycanlı arvadını öldürən əfqanıstanlı qaçdı

Əfqanistan vətəndaşı Bakıda qətl törədib.

Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə. iyulun 9-da paytaxtın Binəqədi rayon sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin əri Əfqanistan vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İyulun 12-də Səməndər Səfayi təqsirləndirilən şəxs qismində cəlb edilib, ittiham elan etmək üçün barəsində axtarış elan edilib.

Cinayət işi üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3012
avatar

Mehman Nəbiyev

Oxşar yazılar