Vətəndaşa məxsus bank kartından 3770 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, faktla əlaqədar Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər keçiriblər. Nəticədə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də eyni əmələ görə məhkum olunmuş V.Nəsibov və oğlu, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş S.Nəsibov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.