11 nəfəri işə düzəldən  rəis HƏBS OLUNDU
08 sentyabr 2026 12:07 (UTC +04:00)

11 nəfəri işə düzəldən rəis HƏBS OLUNDU

0

Hacıqabulda 11 nəfəri işə düzəldən mühafizə rəisi həbs olunub.

Lent.az-ın xəbərinə görə, 46 yaşlı İman Quliyev (şərti adla) “Security Operartion Services”də (SOS) növbə rəisi işləyərkən 11 nəfəri işə düzəltmək adı ilə xeyli miqdarda dələduzluq edib.

İttiham aktına görə, o, “Topaz”mərc oyunlarında xeyli pul uduzub. Uduzduğu pulları geri qaytarmaq üçün mütəmadi olaraq, mərc oyunlarında iştirak edib. Pula ehtiyacı olduğu üçün keçmiş iş yoldaşı Samirə (şərti adla) tanışlarını işə düzəldə biləcəyinə dair vəd verib. Samir də işsiz olan 11 tanışını ona yönləndirib. İman Quliyev həmin şəxsləri işə düzəltmək adı ilə onlardan ümumilikdə 19850 manat pul alıb. Həmin pulları isə yenidən “Topaz”da uduzub.

Zərərçəkənlər verdikləri pul və vəd olunan işdən xəbər almaq üçün İman Quliyevlə əlaqə saxlayıblar. İman əvvəlcə onlara gözləmələrini desə də, sonradan zənglərə cavab verməyib.

Zərərçəkənlərin şikayəti əsasında Quliyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

İman Quliyev ifadəsində əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Zərərçəkənlər isə onlara dəyən ziyanın ödənilmədiyini bildirərək, təqsirləndirilən şəxsə qanuni cəza verilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə İman Quliyev 1 il 6 ay müddәtinә dövlәt vә yerli özünüidarәetmә orqanlarında rәhbәr vә maddi-mәsul vәzifә tutmaq hüququndan mәhrum edilmәklә 2 il 2 ay müddәtinә azadlıqdan mәhrum etmә cәzasına məhkum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 680

Oxşar yazılar