Bakıda 2 avtomobilə naməlum üsulla zərər yetirilib
01 noyabr 2023 02:58 (UTC +04:00)

Bakıda 2 avtomobilə naməlum üsulla zərər yetirilib

Bakının Nəsimi və Binəqədi rayonu ərazilərində müəmmalı hadisə baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Nəsimi rayonu 20 yanvar küçəsində yerləşən 90-FB-858 dövlət nişanlı “Mercedes” markalı avtomobilin alın şüşəsində güllə izinə bənzər zədə düşüb. Eyni zədə Binəqədi rayonu Adil Məmmədov küçəsində yerləşən “Kia” markalı avtomobilin üzərində də aşkarlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hadisə yerindən nümunələr götürülüb.

Paytaxtın Binəqədi rayonunda odlu silahla hansısa şəxsə xəsarət yetirilməsi ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb. 

APA-nın soruğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən bildirilib ki, Binəqədi və Nəsimi rayonlarında park edilən iki avtomobilə yad cisimlə zərər vurulması üzrə daxil olan məlumat üzrə araşdırma aparılır. Avtomobillərə baxış keçirilib, müvafiq ekspertiza təyin edilib.

# 5232
avatar

Oxşar yazılar