Türkiyədə 3 uşaq anası olan 25 yaşlı Asiye Baytapın qətli ilə bağlı şok təfərrüatlar ortaya çıxıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, gənc ananın öz ailə üzvləri tərəfindən öldürüldüyü məlum olub. İstintaq zamanı bu faktı mərhumun anası Tülay S. etiraf edib.
Polis istintaq çərçivəsində Asiye Baytapın anasından başqa, atası Ümmet S., qardaşları M.S. və S.S-i saxlayıb. Məlum olub ki, ailə üzvləri evdə baş verən münaqişədən sonra onu öldürmək qərarına gəliblər. Mərhumu isə anası Tülay S. özü boğaraq öldürüb.
Hazırda araşdırma aparılır.
Qeyd edək ki, dünən Qaziantepdə 3 uşaq anası olan 25 yaşlı Asiye Baytapın boğularaq öldürülməsi barədə xəbər vermişdik.