Ağdamda DƏHŞƏT:  çoban yoldaşını və özünü  GÜLLƏLƏDİ
15 iyun 2026 16:07 (UTC +04:00)

Ağdamda DƏHŞƏT: çoban yoldaşını və özünü GÜLLƏLƏDİ

1

Ağdamda çoban çobanı ov tüfəngi ilə güllələyib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Çullu kəndində baş verib.

47 yaşlı Elşad Gözəlov mübahisə zamanı 51 yaşlı Rövşən Şirinova ov tüfəngindən atəş açıb. Qolundan yaralanan Rövşən Şirinov xəstəxanaya çatdırılıb.

Elşad Gözəlov hadisədən sonra həmin tüfənglə qarın nahiyəsinə atəş açaraq özünü öldürüb.

Ov tüfəngi maddi sübut olaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 450

Oxşar yazılar